Qaçırıldığı deyilən 14 yaşlı qız ailəsinə qaytarıldı

Bakı şəhərinin Binəqədi rayonunda itkin düşmüş qız tapılıb.

Qaçırıldığı deyilən 14 yaşlı qız ailəsinə qaytarıldı
Bakı şəhərinin Binəqədi rayonunda itkin düşmüş qız tapılıb.

meqale.com "qafqazinfo"ya istinadən xəbər verir ki, DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qaçırıldığı idddia olunan 14 yaşlı yeniyetmə qız Masallı rayonunda  tapılıb. Onun qohumunun evində olması müəyyən olunub: "Yeniyetmənin ailəsinə təhvil verilməsi təmin edilib. Araşdırmalarla onun qaçırılması ilə bağlı iddialar təsdiqini tapmayıb".

Qeyd edək ki, anası 14 yaşlı qızının itkin düşməsi barədə sentyabrın 10-da polisə müraciət etmişdi.