"Qadınlar həmişə bağışlayır, təki Allah bağışlasın” - FOTO

Aparıcı Leyla Quliyeva ötən gün dünyasını dəyişən məşhur aktyor Alen Delonla bağlı paylaşım edib. 

Aparıcı Leyla Quliyeva ötən gün dünyasını dəyişən məşhur aktyor Alen Delonla bağlı paylaşım edib. 

meqale.com axşam.az-a istinadən xəbər verir ki, aparıcı onunla bağlı bunları yazıb:

"Uşaq vaxtı elə bilirdim "alendelon" sözdür. Kiminsə haqqında "yaraşıqlıdır" əvəzinə "elə bil alendelondur" deyirdilər. Sonradan Alen Delonu filmlərdə görüncə başa düşdüm. Etalon olduğu qeyri-şərtsiz idi. Heyf ki, "mən yaraşıqlıyam və mən bunu bilirəm" prinsipi ilə davranıb həmişə. Qadınlara qarşı xüsusilə. Romi Şnayderə görə ondan əməlli zəhləm getdi.. Amma bu gün o da dünyasını dəyişdi. Yəqin yuxarılarda Romi onu yenə bağışlayacaq. Qadınlar həmişə bağışlayır axı. Təki Allah bağışlasın".

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun