QAİ-də həmrəylik günü ilə bağlı tədbir keçirildi - FOTOlar
22 dekabr 2024-cü il tarixdə Sumqayıt şəhərində Qərbi Azərbaycan Gorus rayon icmasının təşkilatçılığı ilə 31 dekabr Dünya azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Qərbi Azərbaycan İcması aparatının rəhbəri Qalib Qasımov, rayon icmasının sədri Etibar Həsənov, kənd icma sədrləri, rayon Ağsaqqallar şurasının, Qadınlar şurasının və Gənclər şurasının məsul şəxsləri, həmçinin rayonun beş kəndini təmsil edən icma üzvləri iştirak etmişlər.
Tədbirdə çıxış edən Gorus rayon icmasının sədri Etibar Həsənov icmanın 2024 - cü il ərzində "Qayıdış konsepsiyası"nın müddəalarına uyğun olaraq göstərdiyi fəaliyyət çərçivəsində keçirilən tədbirlər barədə ətraflı hesabat nitqi söyləmiş və qarşıdan gələn 2025-ci il üçün tədbirlər planının layihəsinin hazır olduğunu və hazırda təsdiq olunma mərhələsində olan İcmanın İdarə Heyətinin üzvləri ilə müzakirə edildikdən sonra yeni ildən icrasına başlanılacağını icma üzvlərinin diqqətinə çatdırmışdır.