“Qalatasaray”a satmadılar, "Milan"a gedir
"Mançester Siti"nin müdafiəçisi Manuel Akanji karyerasını "Milan"da davam etdirə bilər.
meqale.com xəbər verir ki, klublar arasında danışıqlar uğurla gedir. 30 yaşlı isveçrəlinin transferi onun qərarından və tərəflərin yekun razılaşmasından asılı olacaq.
Daha əvvəl bildirilib ki, "Qalatasaray" da Akanjinin transferi ilə bağlı 17 milyon avro müqabilində razılıq əldə edib, lakin sövdələşmə baş tutmayıb.