"Qalatasaray" bu futbolçunu transfer edir - 8 milyona razılaşdı - FOTO
"Qalatasaray" növbəti transferini reallaşdırıb.
meqale.com türk mediasına istinadla xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Sarı-qırmızılar" "Genk"dən Karlos Kuestanı heyətinə cəlb edib.
Kolumbiyalı müdafiəçi ilə 3.5 illik müqavilə imzalanıb.
25 yaşlı futbolçu üçün Belçika klubuna 8 milyon avro ödəyəcək.