"Qalatasaray" daha bir dünya ulduzunu ALIR - FOTO

Sonuncu Türkiyə çempionu "Qalatasaray" qış transfer pəncərəsi dövründə daha bir məşhur futbolçunu heyətinə qatmağa hazırlaşır.

Sonuncu Türkiyə çempionu "Qalatasaray" qış transfer pəncərəsi dövründə daha bir məşhur futbolçunu heyətinə qatmağa hazırlaşır.

meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Sarı-qırmızılılar" bu dəfə "Roma"nın kapitanı Lorenzo Pelleqriniyə gözünü dikib.

"Corriere dello Sport"un məlumatına görə, futbolçunun komandasında gələcəyi qeyri-müəyyəndir. Onun klubdan ayrılacağı da xəbərlər sırasındadır.

İstanbul nəhəngi qış transfer dövründə transferi bitirmək üçün hazırlıqlara başlayıb.

"Roma"nın kapitanının son vaxtlar təzyiqlərlə üzləşməsi və ardıcıl üç oyunda ehtiyat oyunçu olmağı onun klubla münasibətlərini soyudub.