“Qalatasaray” daha bir ulduz futbolçunu heyətinə qatdı - FOTO
"Qalatasaray" daha bir mühüm transferə imza atıb. Sarı-qırmızılı klub Fransa təmsilçisi "Monako"dan Vilfrid Singonu heyətinə qatıb.
Klubun açıqlamasına görə, "Qalatasaray" bu transfer üçün "Monako"ya 30 milyon avro transfer haqqı ödəyəcək. Bundan əlavə, müəyyən şərtlərin yerinə yetirilməsi halında 5 milyon avro bonus da ödənəcək. Həmçinin, futbolçunun gələcəkdə satılması zamanı "Monako"ya 10 faiz pay veriləcək.
Uzun danışıqlardan sonra əldə olunan razılaşma ilə Singo 4+1 il olmaqla, ümumilikdə 5 illik müqavilə imzalayacaq.