"Qalatasaray”dan səfərdə böyük hesablı qələbə

Türkiyə Super Liqasında XVII tur davam edir.

Türkiyə Super Liqasında XVII tur davam edir.

meqale.com xəbər verir ki, bu gün lider "Qalatasaray" meydana çıxıb.

Komanda "Kayserispor"un qonağı olub. Görüş "sarı-qırmızılılar"ın tam üstünlüyü ilə keçib.

Erkən qola sevinən "Cimbom" matçı 5:1 hesablı qələbə ilə başa vurub.

Bununla da, xallarının sayını 41-ə çatdıran "Qalatasaray" "Fənərbaxça" ilə xal fərqini 8-ə yüksəldib.