“Qalatasaray”ın gənc ulduzu nişanlandı - FOTO
"Qalatasaray"ın gənc futbolçusu Yusuf Demir sevgilisi Ceyda Aydemir ilə Almaniyanın Hamburq şəhərində nişan mərasimi baş tutub.
meqale.com xəbər verir ki, 22 yaşlı futbolçu ilə bir müddətdir münasibətdə olduğu Ceyda Aydemirin səmimi və xoşbəxt anları azarkeşlərdən də müsbət reaksiyalar alıb.
Nişan mərasimindən yayılan videolarda Yusuf Demirin davul sədaları altında halay çəkməsi xüsusilə diqqət çəkib.