“Qalatasaray” İngiltərədə “Mançester Yunayted”i məğlub etdi
UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turuna start verilib.
meqale.com xəbər verir ki, ilk gündə 4 qrupda 8 qarşılaşma baş tutub.
Türkiyənin turnirdəki təmsilçisi "Qalatasaray" İngiltərədə "Mançester Yunayted"i məğlub edib. Günün mərkəzi matçında isə İspaniyanın "Real" klubu İtaliyada yerli "Napoli"yə qalib gəlib.
Çempionlar Liqası Qrup mərhələsi, II tur 3 oktyabr
A qrupu "Mançester Yunayted" (İngiltərə) - "Qalatasaray" (Türkiyə) - 2:3 "Kopenhagen" - "Bavariya" (Almaniya) - 1:2 Xal durumu: "Bavariya" - 6, "Qalatasaray" - 4, "Kopenhagen" - 1, "Mançester Yunayted" - 0
B qrupu "Lans" (Fransa) - "Arsenal" (İngiltərə) - 2:1 PSV (Niderland) - "Sevilya" (İspaniya) - 2:2 Xal durumu: "Lans" - 4, "Arsenal" - 3, "Sevilya" - 2, PSV - 1
C qrupu "Union" (Berlin, Almaniya) - "Braqa" (Portuqaliya) - 2:3 "Napoli" (İtaliya) - "Real" (İspaniya) - 2:3 Xal durumu: "Real" - 6, "Napoli" - 3, "Braqa" - 3, "Union" - 0
D qrupu "Zaltsburq" (Avstriya) - "Real Sosyedad" (İspaniya) - 0:2 "İnter" (İtaliya) - "Benfika" (Portuqaliya) - 1:0 Xal durumu: "Real Sosyedad" - 4, "İnter" - 4, "Zaltsburq" - 3, "Benfika" - 0
Qeyd edək ki, E, F, G və H qruplarında II turun oyunları oktyabrın 4-də keçiriləcək.