"Qalatasaray"la razılaşmışdı, "Fənərbağça"ya nəsib oldu - FOTO

Türkiyənin Super Liqa nəhəngi "Fənərbağça" slovakiyalı müdafiəçi Milan Skrinyarın transferini tamamlayaraq onu İstanbula gətirir.

Türkiyənin Super Liqa nəhəngi "Fənərbağça" slovakiyalı müdafiəçi Milan Skrinyarın transferini tamamlayaraq onu İstanbula gətirir.

meqale.com haberler-ə istindla xəbər verir ki, "Fənərbağça" futbolçu ilə razılığa gəlib və Skrinyar bu gün saat 15:30-da tibbi müayinədən keçmək üçün İstanbulda olacaq.

İtaliya mətbuatının iddiasına görə, "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo şəxsən Skrinyara zəng edərək onu komandaya qoşulmağa razı salıb. Bu zəngdən sonra futbolçu PSG-nin "Mançester Siti" ilə bu axşam keçiriləcək oyununa daxil edilməyib.

Klubun rəsmi açıqlamasında bildirilir: "Milan Skrinyar Futbol Komandamızın 2024-2025 mövsümü orta mövsüm transfer işləri çərçivəsində görüşlər keçirmək üçün İstanbula gəlir."

Qeyd edək ki, futbolçunun adı uzun müddət "Qalatasaray" ilə hallanırdı.

Fidan Milil.Az