"Qalatasaray" Qranit Cakanın menecerini razı saldı
Türkiyə nəhəngi "Qalatasaray" klubu "Bayer Leverkuzen"in ulduzu Qranit Cakanın meneceri ilə danışıqları yekunlaşdırıb.
meqale.com oxuya istinadən xəbər verir ki, tərəflər arasında ilkin razılıq əldə olunub.
Belə ki, "Qalatasaray" rəsmiləri "Bayer Leverkuzen"lə 2028-ci ilədək müqaviləsi olan futbolçunu transfer etmək və üçillik müqavilə imzalamaq niyyətindədirlər.