Qalib gəlməsək, bizi yaşamağa qoymazlar - Rus oliqarx
Ukraynaya genişmiqyaslı hücumdan şoka düşən rus oliqarxlar artıq yeni reallıqla barışıblar və qələbəyə ümid edirlər. Onların bir çoxu Vladimir Putinin Kiyevi ələ keçirənə qədər dayanmayacağını bildirirlər.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə "Foreign Affairs" məlumat yayıb.
Bildirilib ki, Rusiya oliqarxlarının sonda Putinin tərəfini tutmasının bir neçə səbəbi var. Bunlardan biri repressiya altına düşmək qorxusudur. İkincisi, hər hansı bir müqavimətin perspektivsizliyini dərk etməkdir. Üçüncü və ən başlıcası isə Rusiyanın cəbhədə qalib gələ biləcəyinə inamdır.