Qapıçıya verilən mükafat gündəm oldu
Norveç Liqasında keçirilən "Brune" - "Bodo Qlimt" matçından sonra maraqlı anlar yaşanıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, "Brune"nin qapıçısı Jan de Bur komandasının 1:0 hesabı ilə uduzmasına baxmayaraq, performansına görə matçın ən yaxşı oyunçusu seçilib.
Yeni klubunda debüt matçına çıxan qapıçı üç seyv edib və oyunun 55-ci dəqiqəsində penalti zərbəsini çıxarıb.