Qara Qarayev fərdi məşqlər edir
"Neftçi" Türkiyənin Antalya şəhərinin Belek bölgəsində qış təlim-məşq toplanışına start verib. meqale.com qafqazinfo.az-a istinadən xəbər verir ki, "Gloria Sport Arena"da keçirilən ilk məşq günündə bir müddətdir zədəli olan Qara Qarayev və Fərid Yusifli fərdi olaraq hazırlıq keçiblər.
Misli Premyer Liqasının 18-ci turunda "Kəpəz"lə oyunda sıradan çıxan Reziuan Mirzov hələlik müalicəsini davam etdirir.
"Ağ-qaralar"ın daha 3 üzvü Klian Lebon, Andre Şinyaşiki və Yuri Matias isə toplanışın növbəti günlərində komandaya qoşulacaqlar.