“Qarabağ”a yeni oyunçular alınacaqmı? - Qurban Qurbanovdan cavab

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Donetsk "Şaxtyor"unun futbolçusu Aleksey Kaşukun "Qarabağ"a gəlişi və "Krasnodar"ın oyunçusu  Kadi Borgesin mümkün qayıdışı ilə bağlı yayılan xəbərləri şərh edib.

meqale.com qol.az-a istinadən xəbər verir ki, o, jurnalistlərə açıqlamasında deyib: "Bizdə belə bir məlumat olmayıb. Mətbuatda yazıla bilər. Amma onların hərəsinin özünün klubu var". 

Mütəxəssis transfer çalışmalarından da söz açıb: "Danışıqlar apardığımız oyunçular var. Əfsuslar olsun ki, çətinlik çəkirik. Amma bu, bizimlə  yox, qarşı tərəflə bağlı çətinlikdir. Yenə də sona kimi danışıqlarımız davam edəcək".