"Qarabağ" "Araz-Naxçıvan"a qarşı

Bu gün Misli Premyer Liqasında 18-ci tura yekun vurulacaq. Bununla da yanvarın 17-nə kimi çempionatda fasilə yaranacaq.

Bu gün Misli Premyer Liqasında 18-ci tura yekun vurulacaq. Bununla da yanvarın 17-nə kimi çempionatda fasilə yaranacaq.

meqale.com xəbər verir ki, sonuncu - 3-cü oyun günündə 2 matç keçirilir. 

Əvvəlcə "Şamaxı" "Sabah"ı qəbul edib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib. 

Tura və ilə isə "Qarabağ" - "Araz-Naxçıvan" oyunu ilə yekun vurulur. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 16:30-da başlayıb. 

Sözügedən komandalar arasına ilk görüşdə Ağdam təmsilçisi 4:1 hesablı qələbə qazanıb.

Turnir cədvəlində "Qarabağ" 44 xalla 1-ci, "Araz-Naxçıvan" 39 xalla 2-cidir. "Qarabağ" artıq qış çempionu olacağını dəqiqləşdirib. 

Qeyd edək ki, bugünkü oyunlarda Misli Premyer Lqiasında 2-ci dövrəyə yekun vurukacaq və komandalar qış fasiləsinə yollanacaq. Çempionatda 3-cü dövrə isə 2025-ci il yanvarın 17-də start götürcək.

Misli Premyer Liqası, 18-ci tur

22 dekabr

16:30."Qarabağ" - "Araz-Naxçıvan" - 0:0 (Birinci hissə) Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov VAR: Rauf Cabarov AVAR: Akif Əmirəli

Tofiq Bəhramov adına Respublika Stadionu

14:00."Şamaxı" - "Sabah" - 3:1 

Qollar: Edqar Adilxanov, 23 (1:0), Pavol Safranko, 38 (1:1), Belajdi Pusi, 55 (2:1), Leroy Mikels, 62 (3:1) Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əli Əliyev VAR: Rəşad Əhmədov AVAR: Vüsal Məmmədov

Şamaxı şəhər stadionu

20 dekabr

"Kəpəz" - "Sumqayıt" - 0:0

21 dekabr

"Səbail" - "Zirə" - 0:1 

"Turan Tovuz" - "Neftçi" - 1:1

Bombardirlər:

Felipe Santos ("Araz-Naxçıvan") - 8 qol Coy Lens Mikels ("Sabah") - 8 qol Davit Volkov ("Zirə") - 7 qol