“Qarabağ” azarkeşlərinin sındırdığı 82 oturacağın pulunu ödəyəcək

AFFA İntizam Komitəsinin iclası keçirilib.

“Qarabağ” azarkeşlərinin sındırdığı 82 oturacağın pulunu ödəyəcək
AFFA İntizam Komitəsinin iclası keçirilib.

meqale.com İdman.biz-ə istinadən xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasının XIV turunda baş verən qayda pozuntularına hüquqi qiymət verilib.

Sabah" - "Qarabağ" oyunu başa çatdıqdan sonra meydana kənar şəxslər daxil olduğuna görə ev sahibləri 800 manat cərimə edilib.

"Qəbələ" - "Turan Tovuz" oyununun 86-cı dəqiqəsində topdaşıyanlar meydana daxil olduğuna görə birincilər 500 manat ziyana düşüb. Matçın 90+2-ci dəqiqəsində "Turan Tovuz" azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyi üçün isə qonaqlar 1500 manat cərimə edilib.

"Neftçi" - "Araz-Naxçıvan" da oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "ağ-qaralar" 800 manat ödəyəcək. Görüşün 90+3-cü dəqiqəsində "Neftçi" azarkeşləri rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığı üçün bakılılar əlavə 500 manat cərimə olunub.