"Qarabağ"da daha bir ciddi itki - 1 ay oynamayacaq
Azərbaycan millisinin və "Qarabağ" klubunun futbolçusu Bədavi Hüseynov dörd həftə yaşıl meydanlardan kənarda qalacaq.
meqale.com bildirir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
33 yaşlı müdafiəçi "Sumqayıt"a 5:0 hesabı ilə qalib gəldikləri oyunun birinci hissəsində zədələnərək əvəzlənmişdi.