"Qarabağ"dan gedən hücumçu yenə klub dəyişdi - FOTO

"Qarabağ"ın sabiq hücumçusu Ovusu Kvabena "Ferentsvaroş"da xoşbəxt olmadığı üçün komandanı tərk edib.

"Qarabağ"ın sabiq hücumçusu Ovusu Kvabena "Ferentsvaroş"da xoşbəxt olmadığı üçün komandanı tərk edib.

meqale.com oxuya istinadən xəbər verir ki, qanalı forvardın Azərbaycana qayıtmaq ehtimalı yüksək olsa da, sabiq "Qarabağ"lı Macarıstanın yüksək liqa təmsilçilərindən olan "Zalaeqerseq" klubuna keçib.

Kvabena mövsümün sonuna qədər bu kluba icarəyə verilib.

Qeyd edək ki, Ovusu 2020-2023-cü illərdə "Qarabağ"ın formasını geyinib.