“Qarabağ”dan Juninyo barədə rəsmi açıqlama

"Qarabağ" futbolçusu Olavio Juninyo ilə bağlı rəsmi açıqlama yayıb.

“Qarabağ”dan Juninyo barədə rəsmi açıqlama
"Qarabağ" futbolçusu Olavio Juninyo ilə bağlı rəsmi açıqlama yayıb.

meqale.com xəbər verir ki, Ağdam təmsilçisinin yaydığı açıqlamada bildirilir:

"Komandamızın futbolçusu Olavio Juninyonun Braziliyanın "Flamenqo" klubuna transferi ilə bağlı rəsmi danışıqlar davam edir. Şəxsi müqavilənin müzakirəsi və keçidin rəsmiləşməsi üçün 28 yaşlı hücumçu Braziliyaya - Rio de Janeyroya yollanıb".