"Qarabağ" darmadağınla qalib gəldi
Misli Premyer Liqasının XV turunda "Qarabağ" evdə "Araz-Naxçıvan"ı məğlub edib.
meqale.com xəbər verir ki, "Azərsun Arena"da baş tutan qarşılaşma Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahiblərinin heyətində Toral Bayramov (30, 90+5-ci dəqiqələr), Nəriman Axundzadə (41-ci dəqiqə), Joni Montiel (57-ci dəqiqə, penalti) və Leandro Andrade (72-ci dəqiqə) fərqləniblər.
Naxçıvan komandasında isə Ramon Maçado (76-cı dəqiqə, penalti) rəqib qapısına yol tapıb.
Bu nəticədən sonra "Qarabağ 33 xalla turnir cədvəlinə liderlik edir. 23 xala malik "Araz-Naxçıvan" isə 6-cı yerdədir.