“Qarabağ” ən çox xal toplayan komandaların siyahısında

UEFA Çempionlar Liqasının rəsmi feysbuk səhifəsi ikinci turdan sonra turnir cədvəlinin ən çox xal toplayan komandalarını paylaşıb.

“Qarabağ” ən çox xal toplayan komandaların siyahısında
UEFA Çempionlar Liqasının rəsmi feysbuk səhifəsi ikinci turdan sonra turnir cədvəlinin ən çox xal toplayan komandalarını paylaşıb.

meqale.com xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" 6 xalla siyahıda 6-cı yerdə qərarlaşıb. 

Belə ki, Ağdam təmsilçisi "Benfika" və "Kopanhagen" matçlarında rəqib qapılarından 5 top keçirməyi bacarıb.

Xatırladaq ki, 2-ci turun yekununa əsasən, cəmi 6 komanda hər iki matçda qələbə qazanıb ki, onlardan da biri də "Qarabağ"dır.

Qeyd edək ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.