"Qarabağ ermənilərinin vətəndaşlıq məsələsi Azərbaycanın sırf daxili işidir" - VİDEO - FOTO

"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik videolayihəsinin növbəti buraxılışı efirə yayımlanıb.

"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik videolayihəsinin növbəti buraxılışı efirə yayımlanıb.

meqale.com Trend-ə istinadən xəbər verir ki, verilişin qonağı Milli Məclisin deputatı Məzahir Əfəndiyev olub.

O, Qarabağ ermənilərinin vətəndaşlıq məsələsi Azərbaycanın sırf daxili işi olduğunu qeyd edib.

"Azərbaycan tərəfi dəfələrlə bildirib ki, biz öz daxili məsələlərimizi digər tərəflə müzakirə etməyəcəyik. Əlbəttə ki, Azərbaycanda yaşamaq istəyən şəxslərin vətəndaşlıq məsələləri sırf ölkənin daxili işidir. Xüsusi portal açılıb ki, Qarabağda yaşayan ermənilər bu portalın köməyilə Azərbaycan vətəndaşlığı almaq üçün müraciət edə bilərlər", - deyə deputat əlavə edib.

Trend verilişin tam buraxılışını oxucuların diqqətinə çatdırır: meqale.com Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun