“Qarabağ” ikinci əcnəbi transferini açıqlayıb - FOTO

"Qarabağ" yay fasiləsində ikinci əcnəbi transferini açıqlayıb.

“Qarabağ” ikinci əcnəbi transferini açıqlayıb - FOTO
"Qarabağ" yay fasiləsində ikinci əcnəbi transferini açıqlayıb.

meqale.com report-a istinadən xəbər verir ki, Ağdam klubu sosial şəbəkə vasitəsilə braziliyalı vinger Juninyonun keçidini elan edib.

27 yaşlı hücumameyilli oyunçu Portuqaliyanın "Çaves" klubundan transfer olunub. O, yeni komandası ilə 3 illik müqavilə imzalayıb. Juninyo "Qarabağ"da 18 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "Qarabağ"ın transfer dönəmində ilk keçidi "Zirə"dən fransalı vinger Hamidu Keyta olub.