“Qarabağ”ın Avropadakı mövqeyi bəlli oldu
Azərbaycan çempionu İFFHS-in açıqladığı klubların dünya reytinqində Avropanın 33-cü komandasıdır.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, Qurban Qurbanovun yetirmələrinin 176,75 xalı var.
"Qarabağ" həm də postsovet məkanında 1-cidir. "Neftçi" isə 62 xalla Avropada 220-ci, "Sabah" 58,75 xalla 238-ci yerdə qərarlaşıb.