“Qarabağ”ın cavab oyununun vaxtı açıqlandı
"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçirəcəyi cavab oyununun vaxtı açıqlanıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Bakıda baş tutacaq qarşılaşma iyulun 30-da reallaşacaq.
Tofiq Bəhramov adına Respublika Stadionundakı görüş saat 20:00-da start götürəcək. Ağdam klubu bu mərhələdə "Hamrun Spartans" (Malta) - "Linkoln" (Cəbəllütariq) cütünün qalibi ilə üz-üzə gələcək.