"Qarabağ"ın Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadion dəqiqləşdi

"Qarabağ" klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsində ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.

"Qarabağ" klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsində ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.

meqale.com xəbər verir ki, UEFA-nın rəsmi saytında yer alan məlumata əsasən, Ağdam təmsilçisi rəqiblərini Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək. Artıq Avropa futbol qurumunun səhifəsində Azərbaycan çempionunun ev görüşlərinin mərkəzi arenada oynanılacağı qeyd olunub.

Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev də xəbəri təsdiqləyib.

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsində ümumilikdə 8 oyun keçirəcək - 4-ü Bakıda, 4-ü isə səfərdə. Komanda əsas mərhələyə sentyabrın 16-da Portuqaliyada "Benfika"ya qarşı oyunla başlayacaq. İlk ev qarşılaşması isə oktyabrın 1-də Bakıda Danimarkanın "Kopenhagen" klubuna qarşı olacaq.