“Qarabağ”ın oyununa bilet 440 manata
Çempionlar Liqasının 3-cü turunda İspaniyanın "Atletik"(Bilbao) və "Qarabağ" arasında keçiriləcək oyunun biletləri artıq satışa çıxarılıb.
meqale.com xəbər verir ki, biletlərin qiyməti yerindən asılı olaraq 60-220 avro (təxminən 120-440 manat) arasında dəyişir.
"Atletik" - "Qarabağ" oyunu oktyabrın 22-də "San Mames" stadionunda keçiriləcək və görüşə Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.