“Qarabağ”ın rəqibləri bu tarixdə bilinəcək

UEFA Çempionlar Liqasında Liqa mərhələsinə adlayan "Qarabağ"ın rəqiblərinin müəyyənləşəcəyi vaxt bəlli olub.

“Qarabağ”ın rəqibləri bu tarixdə bilinəcək
UEFA Çempionlar Liqasında Liqa mərhələsinə adlayan "Qarabağ"ın rəqiblərinin müəyyənləşəcəyi vaxt bəlli olub.

meqale.com xəbər verir ki, yarışın Liqa mərhələsinin püşkü avqustun 28-də Monako şəhərində atılacaq.

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Liqa mərhələsində "Qarabağ"ın 8 rəqibi olacaq. Ağdam təmsilçisi oyunlardan 4-nü evdə, 4-nü isə səfərdə keçirəcək.

Xatırladaq ki, ÇL-in əsas mərhələsində 36 komanda iştirak edəcək.  "Qafqazinfo"