"Qarabağ"ın zədəli futbolçusunun SON DURUMU

Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində dünən keçirilən "Molde" - "Qarabağ" oyununda (2:2) zədələnərək yerini Bədavi Hüseynova vermək məcburiyyətində qalan Kevin Medinanın vəziyyətinin nə yerdə olduğu futbolsevərləri maraqlandıran məqamlardandır.

meqale.com xəbər verir ki, Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin kolumbiyalı mərkəz müdafiəçisinin aldığı xəsarət barədə Fanat.Az-a açıqlaması belə oldu:

"Hazırda Kevinin zədəsinin nə dərəcədə ciddi olduğu dəqiq bilinmir. Komanda artıq Bakıdadır. Medina bu gün günortadan sonra tibbi müayinədən keçəcək. MRT-nin cavabı isə sabah çıxacaq".

Xatırladaq ki, Norveç təmsilçisi ilə məhsuldar bərabərliyə razılaşan "Qarabağ" sona 1 tur qalmış H qrupunda 2-ci pillədəki yerini qoruyub.