“Qarabağ”-“Kopenhagen” matçını məşhur türk hakim idarə edəcək
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda baş tutacaq olan "Qarabağ"-"Kopenhagen" matçının hakimləri bəlli olub
meqale.com xəbər verir ki, təmsilçimiz üçün vacib oyunun idarəsi əslən türk olan niderlandlı hakim Serdar Gözübüyükə həvalə olunub.
Ona Ervin Zeinstra və Patrik İnia kömək edəcəklər. 4-cü hakim isə Yannik Van Der Laandır.
Xatırladaq ki, "Qarabağ"-"Kopenhagen" qarşılaşması oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də başlayacaq.