“Qarabağ” məğlub oldu
01:52 UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda keçirilən "Elfsborq" (İsveç) - "Qarabağ" oyunu başa çatıb.
meqale.com xəbər verir ki, "Buros Arena"da baş tutan qarşılaşmada meydan sahibləri 1:0 hesabı ilə qələbə qazanıblar.
57-ci dəqiqədə Ahmed Kasem fərqlənib.
-------- 00:45
UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunun "Elfsborq" (İsveç) - "Qarabağ" oyununda ilk hissə başa çatıb.
meqale.com xəbər verir ki, Buros şəhərindəki "Buros Arena"da keçirilən matçda hesab açılmayıb.
Görüş "Buros Arena" stadionunda keçirilir.
------------ 23:10 Komandaların start heyətləri açıqlanıb:
"Qarabağ": Mateuş Koxalski, Marko Veşoviç, Mateus Silva, Bədavi Hüseynov (k), Elvin Cəfərquliyev, Marko Yankoviç, Julio Romao, Yassin Benzia, Aleksey Kaşuk, Abdullah Zubir, Olaviyo Juninyo
Ehtiyat oyunçular: Sadiq Məmmədzadə, Fabian Buntiç, Patrik Andrade, Leandro Andrade, Riçard Almeyda, Musa Qurbanlı, Aleksey İsayev, Abbas Hüseynov, Nəriman Axundzadə, Emmanuel Addai, Toral Bayramov
"Elfsborq": Pettersson, Yeqbe, Holmen (k), A. Zeneli, Baydu, Hedlund, Ouma, Qasem, Hult, B. Zeneli, İbrahim
Ehtiyat oyunçular: Uppenberq, Sorensen, Henriksson, Aronsson, Tomasen, Holten, Larsson, Abdullai, Kaib, Rapp, Rixtner, Östman
--------- 10:45 Bu gün "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində VI tur oyununa çıxacaq.
meqale.com xəbər verir ki, Ağdam təmsilçisi səfərdə İsveç "Elfsborq"u ilə qarşılaşacaq.
"Boras Arena"da təşkil olunacaq görüşü Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.
Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
UEFA Avropa Liqası Liqa mərhələsi, VI tur 12 dekabr
00:00. "Qarabağ" (Azərbaycan) - "Elfborq" (İsveç)
Hakimlər: Antonio Nobre, Pedro Ribeiro, Nelson Pereira (Portuqaliya)
"Boras Arena" stadionu