"Qarabağ" "Olimpiakos"la oyun üçün Yunanıstana yola düşdü - FOTOlar
"Qarabağ" Avropa Liqasının Liqa mərhələsinin sonuncu, VIII turunun "Olimpiakos"la matçı üçün Yunanıstana yola düşüb.
meqale.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, "Olimpiakos" - "Qarabağ" qarşılaşması yanvarın 30-dan 31-nə keçən gecə Bakı vaxtı ilə 00:00-da başlayacaq.