“Qarabağ” “Olimpiya” ilə cavab matçına çıxacaq

Azərbaycan çempionu "Qarabağ" bu gün növbəti avrokubok oyununa çıxacaq.

“Qarabağ” “Olimpiya” ilə cavab matçına çıxacaq
Azərbaycan çempionu "Qarabağ" bu gün növbəti avrokubok oyununa çıxacaq.

meqale.com xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Avropa Liqasının pley-offunda cavab matçına çıxacaq.

Ağdam klubu evdə "Olimpiya" ilə üz-üzə gələcək. Sloveniyada 2:0 hesablı inamlı qələbə qazanan "Qarabağ" Avropa Liqasının qrup mərhələsində oynamaq üçün üstünlüyünü qorumalıdır. Bu cütün məğlub tərəfi isə Konfrans Liqasının qrupunda mübarizə aparacaq.

Qeyd edək ki, "Qarabağ" ardıcıl 10-cu dəfə qrupda çıxış edəcək. Ağdamlılar 2017/18 mövsümündə Çempionlar Liqasında, 2014/15, 2015/16, 2016/17, 2018/19, 2019/20, 2020/21 və 2022/23 mövsümlərində Avropa Liqasının, 2021/22 mövsümündə Konfrans Liqasının qrupunda mübarizə aparıb.

Avropa Liqası Pley-off, cavab oyunu 31 avqust 20:00. "Qarabağ" (Azərbaycan) - "Olimpiya" (Sloveniya) Baş hakim: Alexandro Ernandes (İspaniya) Tofiq Bəhramov adına Respublika stadionu İlk oyun - 2:0