“Qarabağ” qələbə qazandı

Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulub.

“Qarabağ” qələbə qazandı
Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulub.

meqale.com xəbər verir ki, turun və ilin sonuncu matçı isə lider "Qarabağ"la əsas izləyicisi "Araz-Naxçıvan" arasında baş tutub.

Ağdam klubu bu oyundan inamlı qələbə ilə ayrılıb.

Daha öncə keçirilmiş "Kəpəz" - "Sumqayıt" (0:0) və "Turan Tovuz" - "Neftçi" (1:1) oyunlarında qalib müəyyənləşməyib, "Sabah" "Şamaxı"ya (1:3), "Səbail" isə "Zirə"yə (0:1) uduzub.

Azərbaycan Premyer Liqası 18-ci tur 22 dekabr

"Qarabağ" - "Araz-Naxçıvan" 2:0

Qollar: Yassin Benzya, 41. Abdullah Zubir, 71. Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov. Tofiq Bəhramov adına Respublika stadionu, 16:30.