"Qarabağ" sabiq futbolçusunu qaytarır? - KLUBDAN AÇIQLAMA

"Qarabağ" klubu Ramil Şeydayevin transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

"Qarabağ" klubu Ramil Şeydayevin transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

meqale.com xəbər verir ki, klubun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev Offsideplus.az saytına açıqlamasında məsələyə aydınlıq gətirib: "Hazırda bununla bağlı məndə məlumat yoxdur. Əgər komandaya yeni oyunçu cəlb edilsə, rəsmi formada açıqlayacağıq".

Qeyd edək ki, "Neftçi" ötən gün Şeydayevlə qarşılıqlı razılıq əsasında ayırdığını açıqlayıb.

Hücumçu 2017/2018 mövsümündə və 2021-2023-cü illər aralığında "Qarabağ"da çıxış edib.