"Qarabağ" səfərdə "Turan Tovuz"u məğlub etdi

21:50

21:50

Misli Premyer Liqasında 18-ci tura start verilib.

meqale.com xəbər verir ki, açılış oyununda son çempion "Qarabağ" səfərdə "Turan Tovuz"la qarşılaşıb.

Matçı qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam klubu 67 xalla turnir cədvəlinə başçılıq edir. Tovuz təmsilçisi isə 43 xalla dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, tur martın 30-da başa çatacaq.

--------------- "Qarabağ" Misli Premyer Liqasında bu gün səfərdə "Turan Tovuz"la üz-üzə gələcək.

meqale.com xəbər verir ki, IV dövrənin və XXVIII turun açılış oyunu saat 19:30-da start götürəcək.

Matçı Cavid Cəlilovun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Ağdam təmsilçisi 27 turdan sonra 64 xalla liderdir. Tovuz klubu 43 xalla dördüncü pillədə qərarlaşıb.

Misli Premyer Liqası, IV dövrə

XXVIII tur

19:30. "Turan Tovuz" - "Qarabağ" Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Əli Əliyev VAR: Rauf Allahverdiyev AVAR: Kamran Bayramov Hakim-inspektor: Vüsal Əliyev AFFA nümayəndəsi: Elman Musayev Tovuz şəhər stadionu

Qeyd edək ki, XXVIII tura martın 30-da yekun vurulacaq.