Qarabağ torpağı Türkiyə parlamentində təqdim olundu
Qarabağdan aparılan torpaq bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) İYİ Partiya sədri Meral Akşenerə təqdim olunub.
meqale.com report-a istinadən xəbər verir ki, tədbir Azərbaycanın 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib.
Torpağı İYİ Partiyadan olan deputat Kürşad Zorlu Qarabağa səfəri zamanı götürüb və özü ilə qardaş ölkəyə aparıb.
Torpağı partiya sədrinə Ankara Yıldırım Bəyazit Universitetinin azərbaycanlı tələbəsi Sədrəddin Məmmədli və Ankara Universitetində təhsil alan azərbaycanlı Qüdrət Səmədov təqdim edib.
"Bunu partiyamız Azərbaycanın Qarabağdakı zəfərinin ilk günündən etmək istəyirdi", - K.Zorlu bildirib. meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun