"Qarabağda saxlanılan separatçılarla bağlı vahid istintaq qrupu yaradılıb"

Azərbaycanın Qarabağ bölgəsində saxlanılan separatçılarla bağlı Baş Prokurorluqda vahid istintaq qrupu yaradılıb.

Azərbaycanın Qarabağ bölgəsində saxlanılan separatçılarla bağlı Baş Prokurorluqda vahid istintaq qrupu yaradılıb.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bütün istintaq hərəkətləri həyata keçirilir.

"Azərbaycan xalqı bu istintaqın gedişatı ilə bağlı tam məlumatlı olacaq. Biz bunu təmin edəcəyik. Beynəlxalq konvensiyalara və Azərbaycan milli qanunvericiliyinə uyğun olaraq istintaq aparılır. İşin istintaqı başa çatandan sonra iş məhkəməyə göndəriləcək", - deyə o əlavə edib.