Qarabağda tapılan sursatlarla bağlı şok detal - FOTO
Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra əraziyə baxış zamanı aşkar olunan "TOS-1A" odsaçan sisteminin raketlərindən bir qisminin 2021-ci ildə istehsal edildiyi müəyyən edilib.
meqale.com xəbər verir ki, bu barədə Müdafiə Naziriyi məlumat yayıb.
Bundan başqa, bölgədə aşkar edilən "Kornet" və "Faqot" tank əleyhinə raket komplekslərinin idarə olunan raketlərdən bəzilərinin 2020-ci ilin sonunda bağlanmış müqaviləyə əsasən Ermənistan tərəfindən istehsalçıdan birbaşa, bəzilərinin isə üçüncü dövlət vasitəsilə satın alınaraq Qarabağa gətirildiyi müəyyən edilib.