Qaradağda motosikletlə avtomobil toqquşub, xəsarət alan var
Bakının Qaradağ rayonunda motosikletçinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com report.az-a istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü Qurbanov Elşən Məzahir oğlu motosikletlə hərəkətdə olarkən idarəetməni itirərək avtomobillə toqquşub.
Hadisə yerində xəsarət alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.