Qarlı hava yol qəzalarına səbəb oldu - FOTOlar

Biləsuvar rayonunda qarlı hava şəraiti yol-nəqliyyat hadisəsinə səbəb olub.

Qarlı hava yol qəzalarına səbəb oldu - FOTOlar
Biləsuvar rayonunda qarlı hava şəraiti yol-nəqliyyat hadisəsinə səbəb olub.

meqale.com axar.az-a istinadən xəbər verir ki, hadisələr köhnə Ələt-Astara avtomobil yolunun rayonun Xırmandalı kəndindən keçən hissəsində baş verib.

Belə ki, "Mersedes sprinter" markalı yük və "Nissan X-Trail" markalı minik avtomobili idarəetmənin itirilməsi səbəbindən yolun kənarına aşıb.

Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən əraziyə texnika cəlb olunub və avtomobillər oradan çıxarılıb, digər zəruri köməkliklər göstərilib.

Hadisə nəticəsində bir nəfər yüngül xəsarət alıb.