Qatil reperin klipi onu ələ verdi
ABŞ-nin İndiana ştatında 19 yaşlı Kemeron Kayzer Jr. qətldə şübhəli bilinərək həbs edilib.
meqale.com oxuya istinadən xəbər verir ki, sosial şəbəkədəki yazıları və qətldən bəhs etdiyi rep klipi onu tapmağa yardımçı olub.
Qətl 2024-cü ilin iyulunda baş verib. Qurban 20 yaşlı Caten Maksvell olub. O, baş və bud nahiyəsindən aldığı güllə yaralarından dünyasını dəyişib. Hadisə yerində polis 27 ədəd 9 mm-lik patron gilizləri tapıb.
Qətldə şübhəli bilinən şəxs "Thrusthard Clk" təxəllüsü ilə tanınan həvəskar reperdir. Onun "YouTube" kanalının 1800, "Instagram"ında isə 13,8 min abunəçisi var.