Qaxda dolu təsərrüfata ciddi ziyan vurdu - FOTOlar

Qax rayonuna dolu düşüb.

Qaxda dolu təsərrüfata ciddi ziyan vurdu - FOTOlar
Qax rayonuna dolu düşüb.

meqale.com report.az-a istinadən xəbər verir ki, təbiət hadisəsi dünən axşam saatlarında Qaxın mərkəzinə, rayonun Zərnə və Ləkit kəndlərində müşahidə olunub.

Rayon sakinləri bildiriblər ki, dolu nəticəsində təsərrüfata, o cümlədən meyvə ağaclarına ziyan dəyib.

Qeyd edək ki, şimal-qərb bölgəsində son günlər qeyri-sabit hava şəraiti davam edir. Güclü leysan nəticəsində dağ çaylarında sululuq artıb.