Qazaxıstan AZAL-ın təyyarəsinin "qara qutular"ını bu ölkəyə göndərəcək - Yenilənib

00:13 Azərbaycan Respublikasının obyektiv və prinsipial mövqeyi nəzərə alınaraq, Azərbaycan Hava Yollarına məxsus və Aktau yaxınlığında qəzaya uğrayan "Embraer 190" tipli sərnişin təyyarəsinin qara qutuları Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə (CENIPA) göndərilməsi barədə qərar qəbul olunmuşdur.

Qazaxıstan AZAL-ın təyyarəsinin
00:13 Azərbaycan Respublikasının obyektiv və prinsipial mövqeyi nəzərə alınaraq, Azərbaycan Hava Yollarına məxsus və Aktau yaxınlığında qəzaya uğrayan "Embraer 190" tipli sərnişin təyyarəsinin qara qutuları Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə (CENIPA) göndərilməsi barədə qərar qəbul olunmuşdur.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən meqale.com-a bildirilib ki, CENIPA-da qara qutuların çatdırılması və oxunması prosesi azərbaycanlı mütəxəssislərin birbaşa müşayiəti və bilavasitə iştirakı ilə həyata keçiriləcəkdir. Bununla yanaşı, Azərbaycan tərəfindən cəlb edilmiş bu sahədə ixtisaslaşmış beynəlxalq ekspertlər də bu prosesdə iştirak edəcəkdir. Bu yanaşma, qəza araşdırmalarının tam şəffaf və beynəlxalq standartlara uyğun şəkildə aparılmasını təmin etmək məqsədi daşıyır.

Bu addım həm də qəzaya dair araşdırmaların obyektivliyinə dair mümkün şübhələrin qarşısını almağa və nəticələrin beynəlxalq ictimaiyyət üçün etibarlılığını artırmağa xidmət edir. Azərbaycanlı mütəxəssislərin bilavasitə iştirak etməsi və beynəlxalq ekspertlərin prosesi müşayiət etməsi araşdırmanın əhatəliliyini və dəqiqliyini daha da gücləndirəcəkdir.

Məlumat üçün bildiririk ki, CENIPA təyyarə qəzalarının araşdırılmasında yüksək texniki imkanlara malikdir. Mərkəz müasir avadanlıqlarla təchiz olunub və məlumatların deşifr edilməsi üçün beynəlxalq səviyyədə sertifikatlaşdırılmış laboratoriyalara sahibdir.

---------- 22:10 Qazaxıstan qəzaya uğrayan AZAL təyyarəsinin registratorlarını ("qara qutuları") "Embraer" təyyarəsinin istehsalçı ölkəsi olan Braziliyanın Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə (CENIPA) göndərəcək.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi bildirib.

Məlumata əsasən, müvafiq qərarı ölkənin nəqliyyat naziri Marat Karabayevin rəhbərlik etdiyi Aviasiya İnsidentinin Təhqiqat Komissiyası qəbul edib.

"Çikaqo Konvensiyasının 13-cü Əlavəsinin standartlarına uyğun olaraq, təhqiqat aparan dövlət uçuş yazıcılarının oxunmasını təmin edir və "qara qutular"ın oxunması və şifrəsinin açılması üçün ölkənin seçilməsi barədə qərar qəbul edir", - deyə bildirilib.