Qazaxıstan Azərbaycanın suverenliyini dəstəkləyir

Qazaxıstan Azərbaycanın suverenliyinə və beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə qətiyyətli dəstəyini ifadə edib.

Qazaxıstan Azərbaycanın suverenliyini dəstəkləyir
Qazaxıstan Azərbaycanın suverenliyinə və beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə qətiyyətli dəstəyini ifadə edib.

meqale.com AZƏRTAC-a istinadən bildirir ki, bu ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "Qarabağ ətrafında baş verən son hadisələrlə əlaqədar olaraq, Qazaxıstan Respublikası Azərbaycan Respublikasının suverenliyinə və beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə qətiyyətli dəstəyini bir daha təsdiqləyir və bütün məsələlərin BMT-nin Nizamnaməsinə, beynəlxalq hüququn əsas norma və prinsiplərinə uyğun olaraq siyasi-diplomatik yolla həllinə tərəfdar olduğunu bildirir".

meqale.com