Qazaxıstan zəlzələdən xeyli zərər gördü

Martın 28-də iki zəlzələnin (5,5 və 5,7 bal) baş verdiyi Qazaxıstanın Cambıl vilayətində 11 sosial obyektdə və 12 fərdi evdə dağıntılar müəyyən edib.

Qazaxıstan zəlzələdən xeyli zərər gördü
Martın 28-də iki zəlzələnin (5,5 və 5,7 bal) baş verdiyi Qazaxıstanın Cambıl vilayətində 11 sosial obyektdə və 12 fərdi evdə dağıntılar müəyyən edib.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə regional fövqəladə hallar idarəsindən məlumat verilib.

Belə ki, Merkenski rayonu və Turar Rıskulov rayonlarında binalara ziyan dəyib.

"Komissiya işini davam etdirir. Tələfat və xəsarət alan yoxdur. Cambıl vilayətinin fövqəladə hallar idarəsinin, eləcə də mülki müdafiə xidmətlərinin qüvvə və vasitələri mümkün fəsadlara cavab verməyə tam hazırdır", - məlumatda deyilir.

Həmçinin bir sıra KİV və sosial şəbəkələrdə yalan məlumatların yayıldığı vurğulanıb.