Qazaxıstanda güclü zəlzələ oldu - VİDEO
Qazaxıstanda 5.2 maqnitudalı zəlzələ baş verib.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə "Sputnik"in Qazaxıstan bürosu məlumat yayıb.
Qeyd olunub ki, zəlzələ Almatıda hiss olunub, Türküstan vilayətində körpü dağılıb. Zəlzələnin episentri Almatı şəhərindən 37 kilometr məsafədə baş verib.