"Qəbələ" Asif Məmmədovla yeni müqavilə bağladı

"Qəbələ" futbolçusu Asif Məmmədovla müqavilənin uzadıldığını rəsmən açıqlayıb.

"Qəbələ" futbolçusu Asif Məmmədovla müqavilənin uzadıldığını rəsmən açıqlayıb.

meqale.com klubun rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi ilə yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub.

"Qırmızı-qaralar"ın kapitanı 2024-2025-ci illər mövsümündə də "Qəbələ"nin formasını geyinəcək. Onun anlaşması 2025-ci ilin yayında başa çatacaq.